Arda Turan “Başakşəhər”lə razılaşdı

22:24 09-01-2018
Arda Turan “Başakşəhər”lə razılaşdı

“Barselona”nın türk futbolçusu Arda Turan “Başakşəhər” klubu ilə ilkin razılıq əldə edib.
Sportmedia.az xəbər verir ki, bu barədə Türkiyə klubunun rəsmi saytı məlumat yayıb.
İstanbul təmsilçisinin prezidenti Göksəl Gümüşdağ özü də xəbəri təsdiqləyib. O, dünən İspaniyada görüşdüyü 31 yaşlı yarımmüdafiəçi ilə hərtərəfli anlaşdıqlarını söyləyib. “Başakşəhər” Ardanı 1,5 illik icarəyə götürmək niyyətindədi. Oyunçuya ilk 6 ayına görə 4 milyon, gələn mövsüm üçün isə 6 milyon avro təklif edib. Ardanın razılığını alan türklər sponsorların dəstəyi sayəsində “Barselona” ilə də razılıq əldə etməyə çalışırlar.
Qeyd edək ki, Arda Turan “Barselona”ya 2015-ci ildə “Atletiko”(Madrid)dan keçib.


.
.
.
1.7032570838928