“Qarabağ” Dino Ndlovunu  1,5 milyona satdı

22:55 09-01-2018
“Qarabağ” Dino Ndlovunu  1,5 milyona satdı

“Qarabağ” oyunçusu Dino Ndlovunu Çinin “Xançjou Qrintaun” komandasına satıb.
Sportmedia.az xəbər verir ki, Cənubi Afrika Respublika yığmasının üzvü asiyalılarla 2 illik sözləşmə imzalayıb.
Bu səbəbdən futbolçu bu gün “Qarabağ”la birlikdə təlim-məşq toplanışı üçün Antalyaya getməyib. O, CAR-ın paytaxtı Yoxannesburqdan Çinə uçacaq.
Bu keçidin ağdamlılara 750 min avro qazandırdığı bildirilir. Bu isə 1,5 milyon manat edir.
Qeyd edək ki, Ndlovu “Qarabağ”a 2016-cı ilin yayında taransfer olunmuşdu. O, “köhlən atlar”ın heyətində meydana çıxdığı 54 matçda 20 qol vurub, 7 məhsuldar ötürmə ilə yadda qalıb.


.
.
.
0.49662399291992