Dino Ndlovu "Qarabağ"la vidalaşdı

10:39 10-01-2018
Dino Ndlovu "Qarabağ"la vidalaşdı

“Qarabağ”ın futbolçusu Dino Ndlovunun Çinin “Xançjou Qrintaun” klubuna transfer edilməsi barədə məlumat vermişdik.
Sportmedia.az xəbər verir ki, cənubi afrikalı oyunçu sosial şəbəkədəki hesabında Ağdam təmsilçisi ilə vidalaşıb. Hücumçu, bu klubun azarkeşlərinə və üzvlərinə ünvanlanmış təşəkkür statusu yazıb:
"Qarabağ”, həmişə qəlbimdə olacaqsan. Bu komanda, Azərbaycan xalqı ilə bir çox xüsusi anlar yaşadım. Ancaq indi getmək vaxtıdı. Bu, oyunun bir parçasıdı. Oyunçular gəlir və gedir. Əvvəllər də belə olub, bundan sonra da belə olacaq. Sizi sevirəm, uşaqlar".
Xatırladaq ki, Ndlovu 2016-cı ilin yayından “Qarabağ”da fəaliyyət göstərirdi.


.
.
.
0.83050608634949