“Qarabağ”ın daha bir futbolçusu klubdan ayrılır

15:21 10-01-2018
“Qarabağ”ın daha bir futbolçusu klubdan ayrılır

“Qarabağ”ın futbolçusu Tarik Elyunussi karyerasını İsveçin AİK komandasında davam etdirə bilər.
Sportmedia.az İsveç mətbuatına istinadən xəbər verir ki, Stokholm təmsilçisi Norveç millisinin 30 yaşlı yarımmüdafiəçisini heyətinə qatmaq istəyir. Artıq AİK rəsmiləri Mərakeş əsilli oyunçunun müqavilə ilə məxsus olduğu Yunanıstan “Olimpiakos”u ilə danışıqlara başlayıblar. İsveçrə təmsilçisi Elyunussini transfer etmək, bu baş tutmayacağı təqdirdə isə icarəyə götürmək istəyir.
Qeyd edək ki, “Qarabağ”ın yay fasiləsində 1 illik icarəyə götürdüyü Tarik Elyunussi cari mövsümdə 8 matçda meydana çıxıb. O, geridə qalan müddətdə əsas heyət üzvünə çevrilə bilməyib.


.
.
.
0.34083080291748