"Sumqayıt" FK-nın qış hazırlıq planı

18:54 10-01-2018
"Sumqayıt" FK-nın qış hazırlıq planı

"Sumqayıt" Futbol Klubu yanvarın 5-dən etibarən Premyer Liqanın ikinci yarısı üçün hazırlıqlara start verib.
Sportmedia.az xəbər verir ki, komanda baş məşqçi Samir Abasovun planına əsasən, hazırlığın ilk hissəsini yanvarın 19-dək Sumqayıtda keçəcək. Bu müddət ərzində "Sumqayıt" FK 2 yoxlama oyununda qüvvəsini sınayacaq. Komanda yanvarın 15-də "Qaradağ Lökbatan", 18-də isə "Səbail"lə "Kapital Bank Arena"da üz-üzə gələcək. "Sumqayıt" FK hazırlığın ikinci mərhələsini isə yanvarın 21-dən fevralın 4-dək Türkiyədə davam etdirəcək. Təlim-məşq toplanışını Antalyanın Side bölgəsində keçəcək komanda "The Sense De Luxe" hotelində məskunlaşacaq. "Sumqayıt" FK qonşu ölkədə 4 yoxlama oyunu keçirəcək. Samir Abasovun rəhbərlik etdiyi komanda yanvarın 25-də Polşanın "Poqon", 28-də Makedoniyanın "Akademiya Pandev", 31-də Rusiyanın "Anji", fevralın 3-də isə Serbiyanın "Mladost" klubları ilə qarşılaşacaq.


.
.
.
0.39756917953491