Ndlovu rəsmən çin klubunda

09:46 11-01-2018
Ndlovu rəsmən çin klubunda

“Qarabağ”dan ayrılaraq Çinin I dəstə təmsilçisi “Xançjou Qrintaun”la anlaşan Dino Ndlovunun keçidi rəsmiləşib.
Sportmedia.az xarici mətbuata istinadən xəbər verir ki, CAR-lı futbolçunun transferinin detalları da açıqlanıb.
27 yaşlı oyunçu yeni klubu ilə 2 illik müqavilə imzalayıb. Bu keçidin Ağdam klubuna 675 min funt-sterlinq qazanc gətirdiyi bildirilir.
Qeyd edək ki, Ndlovu “Qarabağ”a 2016-cı ilin yayında “Anortosios”dən keçmişdi.


.
.
.
0.85180306434631