Yığmamızın futbolçusu “Gənclərbirliyi” klubunda

10:28 11-01-2018
Yığmamızın futbolçusu “Gənclərbirliyi” klubunda

Azərbaycan yığma komandasının futbolçusu Deniz Yılmaz Türkiyənin "Gənclərbirliyi” klubuna transfer olunub.
Sportmedia.az xəbər verir ki, 30 yaşlı oyunçu ilə 1,5 illik müqavilə razılaşdırılıb.
Qeyd edək ki, müqavilə ilə "Bursaspor”a məxsus olan Deniz Yılmaz maaş məsələsində rəhbərliklə problem yaşadığı üçün transferə çıxarılıb. Super Liqada çıxış edən "Gənclərbirliyi” 17 turdan sonra 14 xalla 17-ci pillədə yer alıb. Ümit Özatın rəhbərlik etdiyi kollektiv növbəti matçını yanvarın 16-da Türkiyə Kubokunun 1/16 final mərhələsinin cavab oyunu çərçivəsində məhz Bursa təmsilçisinə qarşı keçirəcək. Ankaralılar evdə baş tutan ilk qarşılaşmada 1:0 hesabı ilə qalib gəliblər.


.
.
.
0.56171703338623