“Keşlə” ilk yoxlama matçında qalib gəldi

16:08 11-01-2018
“Keşlə” ilk yoxlama matçında qalib gəldi

Növbəti dövrənin hazırlıqlarına Bakıda start verən “Keşlə” FK bu gün ilk yoxlama matçını keçirdi.
Sportmedia.az xəbər verir ki, komanda aşağı liqa təmsilçisi “Qaradağ-Lökbatan” komandası ilə qarşılaşdı. İsmət Qayıbov adına stadionda baş tutan oyun 3:1 hesabıyla “Keşlə”nin xeyrinə başa çatdı. Komandanın heyətində Pərdis Fərcad-Azad, Əlibəy Məmmədli və Məqsəd İsayev fərqləndilər.
Keşlə FK meydana aşağıdakı heyətlə çıxmışdı:
Orxan Sadıqlı, Cabir Əmirli, İdris Musluyev, Ruslan Cəfərov, Məqsəd İsayev, Nemanya Stoyanoviç, Pablo Podio, Məhəmməd Qurbanov, Vaqif Cavadov, Pərdis Fərcad-Azad, Herve Tçami


.
.
.
0.33636379241943