“Arsenal”a yeni məşqçi ilə razılaşdı

13:34 11-01-2018
“Arsenal”a yeni məşqçi ilə razılaşdı

İngiltərə Premyer Liqasında mübarizə aparan “Arsenal”ın rəhbərliyi baş məşqçi Arsen Vengerlə yolları ayırmaq niyyətindədir.
Sportmedia.az xəbər verir ki, rəhbərlik yeni baş məşqçi məsələsini də həll edib. “Topçular” Karlo Ançelotti ilə razılıq əldə ediblər. İtalyan mütəxəssis yayda “Arsenal”ın “sükanı arxasına” keçəcək.
“Corriere dello Sport”un iddiasına görə, Ançelotti “Arsenal”da ildə 10 milyon avro məvacib alacaq.
Ançelotti İtaliya millisinin baş məşqçi postuna da əsas namizədlərdən biri kimi göstərilir.


.
.
.
0.44227290153503