“Səbail” ilk oyununda heç-heçə etdi

19:40 11-01-2018
“Səbail” ilk oyununda heç-heçə etdi

Mövsümün qalan hissəsinə Bakıda hazırlaşan “Səbail” bu gün təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama matçını keçirib.
Sportmedia.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının debütantı “Bayıl Arena”da Birinci Divizionda mübarizə aparan “Sabah”la üz-üzə gəlib. Tərəflərin cəhdlərinə baxmayaraq, 90 dəqiqə ərzində qapılara qol vurulmayıb.
Xatırladaq ki, "Səbail" Antalyaya yollanana qədər daha iki oyun keçirəcək. Yanvarın 15-də "Bayıl Arena"da digər Birinci Divizion təmsilçisi "Xəzər"lə qarşılaşacaq Samir Əliyevin klubu bundan 3 gün sonra Sumqayıtda bu şəhərin eyniadlı komandası ilə üzləşəcək.
Yoxlama oyunu
11 yanvar
Səbail – Sabah 0:0
Bakı. “Bayıl Arena”.


.
.
.
0.53689694404602