Argentinalı ulduz ilk "10-luq"da

09:24 12-01-2018
Argentinalı ulduz ilk "10-luq"da

İspaniya Kral Kubokunun 1/8 final mərhələsinin cavab matçında “Barselona” “Selta”nı qəbul edir. Sportmedia.az xəbər verir ki, ilk hissəsi meydan sahiblərinin 4:0 hesablı üstünlüyü ilə keçən oyunda Messi dublla yadda qalıb.
Bununla da kubokda vurduğu qolların sayını 46-a yüksəldən argentinalı futbolçu bu turnirdə ən çox qol vuran oyunçuların “10-luğ”una düşüb.
Qeyd edək ki, Kubok matçlarında vurulan qolların sayında ilk pillədə “Atletik”in əfsanəvi futbolçusu Telmo Sarra yer alıb. Mərhum hücumçu ümumilikdə 81 dəfə fərqlənib.


.
.
.
0.38778209686279