"Keşlə"yə  ukraynalı futbolçu gələ bilər

11:22 12-01-2018
"Keşlə"yə  ukraynalı futbolçu gələ bilər

“Keşlə”nin baş məşqçisi Yuri Maksimov paytaxt klubuna ukraynalı oyunçu gətirməyə hazırlaşır.
Sportmedia.az xəbər verir ki, məşqçi bildirib ki, Polşanın "Yagelloniya" komandasından ayrılan Dmitri Xomçenovski ilə danışıqlar aparılır. Maksimovun sözlərinə görə, 27 yaşlı yarımmüdafiəçiyə təklif göndərilib və ondan cavab gözlənilir.
Qeyd edək ki, Xomçenovski karyerasına Donetsk “Olimpik”ində başlayıb. Daha sonra o, “Krivbass”, “Zarya”, İspaniyanın “Ponferradina” və Polşanın “Yagelloniya” klublarında fəaliyyət göstərib. Ukrayna yığmasında 4 matç keçirən futbolçu bir neçə gün öncə Polşa klubu ilə yalları ayırıb və yeni komanda axtarışındadı.


.
.
.
0.3428099155426