Millimizin üzvü diqqət mərkəzinə düşüb - FOTO

14:22 12-01-2018
Millimizin üzvü diqqət mərkəzinə düşüb - FOTO

Millimizin futbolçusu Renat Dadaşov "İnstagram" hesabında etdiyi paylaşımla diqqət mərkəzinə düşüb.
Sportmedia.az xəbər verir ki, "Ayntraxt"ın hücumçusu məşqdə çəkilən şəklini paylaşıb və bu sözləri yazıb: “Yüksəkdən uçursan və anidən aşağı düşürsən . Lakin önəmli olan daha yüksək səviyyədə uçmaq üçün sınmamaq və nəfəs almağa davam etməkdir”.
Almaniya mətbuatı onun bu paylaşımla Frankfurt klubunun idman direktoru Fredi Bobiçə cavab verdiyini yazıb.
Qeyd edək ki, Bobiç Dadaşovun fasilə dönəmində proqrama əməl etmədiyi üçün onun fiziki durumunun zəiflədiyini açıqlayıb. Bu səbəbdən millimizin oyunçusu "Ayntraxt"ın əsas komandası ilə İspaniyaya aparılmayıb.


.
.
.
0.52123808860779