İbrahimoviç Super Liqada çıxış edə bilər

16:45 12-01-2018
İbrahimoviç Super Liqada çıxış edə bilər

Türkiyə Super Liqasında mübarizə aparan “Beşiktaş” "Mançester Yunayted"in hücumçusu Zlatan İbrahimoviçi heyətinə qatmaq niyyətindədi.
Sportmedia.az xəbər verir ki, bu haqda İtaliya mətbuatı məlumat yayıb. Bildirilir ki, Cenk Tosunu rekord qiymətə - 27 milyon avroya "Everton"a satan “qara qartallar”ın nümayəndələri isveçli oyunçunun meneceri Mino Rayola ilə görüşüblər. Ona klubun hədəfləri və Zlatan üçün nəzərdə tutulanlar barədə məlumat verilib.
İbrahimoviçin bu təklifə necə cavab verəcəyi isə hələlik məlum deyil.


.
.
.
0.38053297996521