“Məqsədimiz çempionata 100 faiz hazır olmaqdır” – “Kəpəz”in futbolçusu

21:52 12-01-2018
“Məqsədimiz çempionata 100 faiz hazır olmaqdır” – “Kəpəz”in futbolçusu

“Plan üzrə hazırlaşırıq, hər şey qaydasında gedir. Gündə iki dəfə ciddi şəkildə məşq edirik”.
Sportmedia.az xəbər verir ki, bu sözləri kapazpfc.az saytına “Kəpəz”in əsas komandasının üzvü Ceyhun Cavadov deyib. Yarımmüdafiəçi klub saytına açıqlamasında təlim-məşq toplanışını dəyərləndirib: “Məşqlər ağırdır, çünki fiziki yöndə hazırlıq keçirik. Əslində başa düşüləndir. Belə hazırlaşmalıyıq ki, çempionatda bəhrəsini görək. Məşqçilər tərəfindən verilən tapşırıqların hamısını yerinə yetirməyə çalışırıq. Çox işləməliyik, bunu yaxşı başa düşürük. Məqsədimiz çempionata 100 faiz hazır olmaqdır”.
Azərbaycan Premyer Liqasında mövsümün ikinci hissəsinə hazırlığı Bakıda keçirən “Kəpəz”in heyətində xeyli dəyişikliklər var. 8 oyunçu ilə yolları ayıran “sarı-göylər” yeni futbolçularla güclənib. Transferlər hələ də davam edir. Bu məqama diqqət çəkən Ceyhun Cavadov komandaya yeni gələn oyunçuların daxili rəqabəti artıracağını düşünür: “Heyətin güclənməsi istiqamətində işlər görülür, kollektivə yeni futbolçular qoşulur. Böyük rəqabət artıq hiss olunmaqdadır. Hər mövqeyə 2-3 oyunçu var. Heç kim arxayınlaşmamalıdır ki, əsas heyətdə yeri təmin olunub. Əksinə, tam ciddi formada məşq etmək lazımdır. Bu gedişlə çempionata tam hazır olacağıq və azarkeşlər fərqli “Kəpəz” görəcəklər”.


.
.
.
0.34464907646179