Hazırlıq proqramında dəyişiklik

18:52 12-01-2018
Hazırlıq proqramında dəyişiklik

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirəcək Azərbaycan milli komandasının hazırlıq proqramında dəyişiklik baş verib.
Sportmedia.az xəbər verir ki, Gürcüstan millisinin Antalyada təşkil olunması nəzərdə tutulan toplanışı ləğv olunduğu üçün fevralın 2-də keçirilməsi planlaşdırılan Azərbaycan – Gürcüstan yoldaşlıq oyunu baş tutmayacaq.
AFFA və Gürcüstan Futbol Federasiyası arasında aparılan danışıqlara əsasən, bu il ərzində FIFA-nın müvafiq oyun günlərinin birində Azərbaycan və Gürcüstan milli komandaları arasında yoldaşlıq oyunu keçirilə bilər.


.
.
.
0.47953796386719