“Qəbələ” bir günlük istirahətdən sonra məşqlərə davam edir

09:44 13-01-2018
“Qəbələ” bir günlük istirahətdən sonra məşqlərə davam edir

“Qəbələ” 2017-2018-ci illər mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirir.
Sportmedia.az xəbər verir ki, “Akhisar Bələdiyyəspor”la yanvarın 10-da keçirilən yoxlama oyunundan (1:1) sonra bir günlük istirahət verən “qırmızı-qaralar” məşqlərini bərpa edib. Komanda toplanışın 8-ci gününü iki məşqlə başa vurub. Günün ilk yarısında fitnes zalında çalışan futbolçular fiziki hazırlıq keçib. Axşam məşqini meydanda gerçəkləşdirən Roman Qriqorçukun yetirmələri toplu çalışmalara üstünlük veriblər.


.
.
.
0.37106919288635