“Çelsi”nin baş məşqçisi son anda xilas oldu

10:31 13-01-2018
“Çelsi”nin baş məşqçisi son anda xilas oldu

“Çelsi”nin baş məşqçisi Antonio Konte qəzadan son anda xilas olub.
Sportmedia.az xəbər verir ki, ötən gün səhər məşqinə gələn italiyalı mütəxəssis avtomobilini bazanın avtomobillər üçün ayrılmış hissəsində park edib. Məşqçi avtomobilini tərk edib oradan uzaqlaşdıqdan sonra onun maşınının şüşə masa üzərinə düşüb. Beləcə, italiyalı mütəxəssis ağır qəzadan xilas olub.
İngiltərə mətbuatının məlumatına görə, masa güclü küləyin təsirindən aşaraq avtomobilin üzərinə düşüb. Hadisə nəticəsində Kontenin avtomobilinin ön şüşəsi tamamilə sıradan çıxıb.


.
.
.
0.54907917976379