"Neftçi"nin sonuncu rəqibi müəyyənləşdi

13:24 13-01-2018
"Neftçi"nin sonuncu rəqibi müəyyənləşdi

"Neftçi”nin təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi sonuncu yoxlama oyunundakı rəqibi müəyyənləşib.
Sportmedia.az xəbər verir ki, komanda yanvarın 30-da Makedoniyanın "Sileks” klubu ilə qarşılaşacaq.
Xatırladaq ki, "Neftçi” Antalyadakı təlim-məşq toplanışı çərçivəsində yanvarın 22-də Rusiyanın "SKA-Xabarovsk”, 25-də Rumıniyanın "Konkordiya” və Bolqarıstanın "Slaviya”, 27-də isə Rusiyanın "Krılya Sovetov” klubları ilə üz-üzə gələcək.
Sabah isə "Neftçi” "Keşlə” klubu ilə hazırlıq matçına çıxacaq. İsmət Qayıbov adına təlim-məşq bazasında olacaq yoxlama oyunu saat 15:00-da başlanacaq.


.
.
.
0.46488094329834