Arda rəsmən Türkiyə klubunda

18:16 13-01-2018
Arda rəsmən Türkiyə klubunda

"Barselona" Arda Turanla yollarını ayırdığını rəsmən açıqladı.
Sportmedia.az xəbər verir ki, Türkiyə yığmasının üzvü karyerasını ölkəsində davam etdirəcək. Arda "Başakşəhər"ə transfer olunub. Bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb. Futbolçu müqavilə bağlamaq üçün sabahTürkiyəyə gələcək.
Müqavilənin detalları hələ ki, açıqlanmayıb.
Arda 2011-ci ildə "Qalatasaray"dan "Atletiko"(Madrid)ya keçmişdi. O, “Atletiko”dan 2015-ci ildə 41 milyon avro qarşılığında "Barselona"ya transfer olmuşdu.


.
.
.
0.47950887680054