“Sumqayıt”ın əvəzediciləri yoxlama görüşündə “Xəzər”i məğlub edib

20:19 13-01-2018
“Sumqayıt”ın əvəzediciləri yoxlama görüşündə “Xəzər”i məğlub edib

Çempionatın ikinci dövrəsi üçün hazırlıqlarını davam etdirən “Sumqayıt” FK-nın əvəzediciləri bu gün ilk yoxlama görüşünü keçirib.
Sportmedia.az xəbər verir ki,Elbrus Məmmədovun yetirmələri “Kapital Bank Arena”da I Divizion təmsilçisi “Xəzər”i sınağa çəkib. Qarşılıqlı hücumlar şəraitində keçən mübarizədən “Sumqayıt” FK-nın əvəzediciləri 1:0 hesablı qələbə ilə ayrılıb. Qarşılaşmanın yeganə qoluna Fərid Kərimzadə imza atıb.
Yoxlama oyunu
“Sumqayıt” – “Xəzər” 1:0
Qollar: Fərid Kərimzadə.


.
.
.
0.34479999542236