"Malaqa"da yeni baş məşqçi 

13:45 14-01-2018
"Malaqa"da yeni baş məşqçi 

İspaniyanın "Malaqa" komandası yeni baş məşqçisinin adını açıqlayıb.
Sportmedia.az xəbər verir ki, bu, son klubu Çinin "Beytszin Qoan" olan 51 yaşlı mütəxəssis Xose Manuel Qonsales Lopesdir. Məşqçi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Klubun mətbuat xidməti bildirir ki, Lopes 2015/16-cı illər mövsümündə "Qranada"nın ölkə çempionatının aşağı divizionuna düşməsinin qarşısını alıb və klub Primeronu 16-cı yerdə bitirib.
Yanvarın 13-də komanda baş məşqçi Miçel Qonsalesi istefaya göndərib. Klub 19 matçdan sonra 11 xal ilə İspaniya çempionatında sonuncudan əvvəlki yerdə qərarlaşıb.


.
.
.