“Arzumu reallaşdırdığım üçün həmişə qürur duyacam” - Arda Turan

20:25 14-01-2018
“Arzumu reallaşdırdığım üçün həmişə qürur duyacam” - Arda Turan

Arda Turan “Barselona” azarkeşləri ilə sağollaşdı.
Sportmedia.az xəbər verir ki, Turan “tvitter” səhifəsində fanatlara müraciət edib. Futbolçu “Barsa” azarkeşlərinin sevdiyi əvvəlki Arda olmağa çalışacağını vurğulayıb:
“Arzu heç vaxt asanlıqla gerçəkləşmir. Mən arzulamışam və bilirəm ki, bunun reallaşması üçün inadkarlıq, cəsarət, gərgin iş, iradə lazımdı. “Barselona”nın oyunçusu olmaq - mənim ən vəhşi arzum bu idi. Bu arzunu reallaşdırdığım üçün həmişə qürur duyacam.
Ancaq indi sağollaşmaq vaxtıdı. Hələlik müvəqqəti. Əlimdən gələn hər şeyi edəcəm ki, sizin sevdiyiniz əvvəlki Arda olum. Bizim aramızdakı məsafənin heç bir əhəmiyyəti olmayacaq. Xüsusi xatirələrim həmişə ürəyimdə olacaq, mənə yol göstərəcək, güc verəcək”.
30 yaşlı yarımmüdafiəçi Super Liqanın lideri ilə 2,5 illik müqavilə imzalayıb. Lakin bu müddətdə “Barselona” Ardanı başqa bir komandaya satmaq hüququnu özündə saxlayır.


.
.
.
0.48204898834229