“Neftçi”nin oyunçusu Türkiyə klubuna təklif olundu

14:34 15-01-2018
“Neftçi”nin oyunçusu Türkiyə klubuna təklif olundu

“Neftçi”nin futbolçusu Elnur Cəfərov karyerasını Türkiyədə davam etdirə bilər.
Sportmedia.az saytı xəbər verir ki, bu barədə qardaş ölkə mətbuatı məlumat yayıb.
Bildirilir ki, cinah oyunçusu axtarışında olan “Bursaspor”a təklif olunan futbolçulardan biri də məhz gənc oyunçu Elnur Cəfərovdu. Belə ki, menecerlər Cəfərovu “Bursaspor”a təklif ediblər. Bursalıların diqqətini çəkən əsas məqam gənclər yığmamızın üzvünün hər iki cinahda oynamaq iqtidarında olmasıdı.
Qeyd edək ki, “Bursaspor” qış fasiləsində Azərbaycan millisinə çağırılan Dəniz Yılmaz və Ozan Can Kökcü ilə yollarını ayırıb.


.
.
.