“Sumqayıt” FK yoxlama görüşündə “Qaradağ Lökbatan”ı məğlub edib

19:30 15-01-2018
“Sumqayıt” FK yoxlama görüşündə “Qaradağ Lökbatan”ı məğlub edib

Çempionatın 3-cü dövrəsi üçün hazırlıqlarını davam etdirən “Sumqayıt” FK bu gün ilk yoxlama oyununu keçirib.
Sportmedia.az xəbər verir ki, Samir Abasovun yetirmələri “Kapital Bank Arena”da I Divizionun lideri “Qaradağ Lökbatan” ilə qarşılaşıb. Maraqlı idman mübarizəsi şəraitində keçən qarşılaşmada “Sumqayıt” 3:0 hesablı qələbə qazanıb. Komandanın qollarına Azər Salahlı, Amil Yunanov və Camal Camalov imza atıb.
Qeyd edək ki, “Sumqayıt” FK növbəti yoxlama görüşünü yanvarın 18-də “Səbail” klubuna qarşı keçirəcək.


.
.
.