“Neftçi”dən problemsiz ayrıldığıma görə xoşbəxtəm - Uqo Barqas

20:21 15-01-2018
“Neftçi”dən problemsiz ayrıldığıma görə xoşbəxtəm - Uqo Barqas

"Neftçi"nin sabiq oyunçusu Uqo Barqasın Boliviya "Bluminq"inə keçidi rəsmiləşib.
Sportmedia.az xəbər verir ki, futbolçu yeni klubuna keçidi ilə bağlı fikirlərini bildirib:
"Neftçi"ylə bir illik müqaviləyə imza atmışdım. Yeni baş məşqçi gələndən sonra müqaviləmin müddətini daha 6 ay artırdı. Məni "Xuanço" deyə çağırırdı. "Neftçi"ni tərk etmək mənim üçün çox çətin idi. Problemsiz ayrıldığıma görə xoşbəxtəm. "Bluminq"in titullar əldə etmək vaxtı çatıb".


.
.
.