Futbolçunu vuran hakim ağır cəzalandı

21:02 15-01-2018
Futbolçunu vuran hakim ağır cəzalandı

Fransalı hakim Toni Şapron ağır şəkildə cəzalandırılıb.
Sportmedia.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb Liqa 1-in XX turunda keçirilən “Nant” – PSJ oyunundakı hərəkətidi.
Belə ki, qonaqların 1:0 hesabı ilə qalib gəldikləri görüşün 90-cı dəqiqəsində “Nant”ın oyunçusu Dieqo Karlosa ilişərək yerə yıxılan referi arxadan onu təpiklə vurub. Daha sonra ayağa qalxan 46 yaşlı hakim Karlosu ikinci sarı vərəqə verərək meydandan qovub.
Bu hadisəni araşdıran Fransa Futbol Federasiyası Toni Şapronu ikinci qərara qədər hakimlikdən uzaqlaşdırıb.


.
.
.
0.31380677223206