Şahmatçımız növbəti heç-heçəsini etdi

09:20 16-01-2018
Şahmatçımız növbəti heç-heçəsini etdi

Hollandiyanın Veyk-an-Zeye şəhərində keçirilən şahmat üzrə "Tata Steel Chess" superturnirində III tur başa çatıb.
Sportmedia.az xəbər verir ki, yarışda Azərbaycanı təmsil edən Şəhriyar Məmmədyarov heç-heçə edib.
33 yaşlı qrossmeyster turnirdə ikinci heç-heçəsini rusiyalı Maksim Matlakovla edib.
Bu nəticədən sonra aktivindəki xalların sayını 2-yə çatdıran Məmmədyarov 3-4-cü yerlərdə qərarlaşıb.
Turnirə 2,5 xal ilə Vişvanatan Anand (Hindistan) və Aniş Giri (Hollandiya) başçılıq edir.


.
.
.
0.36606597900391