U-17 (qızlar) böyükhesablı qələbə qazanıb

16:16 16-01-2018
U-17 (qızlar) böyükhesablı qələbə qazanıb

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək qızlardan ibarət Azərbaycan millisi yoldaşlıq oyunu keçirib.
Sportmedia.az xəbər verir ki, “Antalyaspor”un müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığmamız 6:1 hesabı ilə qələbə qazanıb. Birgül Çelikin het-trik etdiyi oyunda komandamızın digər qollarını Nigar Mirzəliyeva, Ümnisə Əliyeva və Anna Abulaşvili vurub.


.
.
.