“Kəpəz” daha üç futbolçu ilə müqavilə bağladı

19:05 16-01-2018
“Kəpəz” daha üç futbolçu ilə müqavilə bağladı

Transfer çalışmalarını davam etdirən “Kəpəz” daha üç futbolçunu heyətinə qatıb.
Sportmedia.az xəbər verir ki, Gəncə klubu bir yerli və iki əcnəbi oyunçu ilə güclənib. “Sarı-göylər” ukraynalı qapıçı Serqey Litovçenko, gürcü əsilli yarımmüdafiəçi Giuli Manjqaladze və digər orta xətt oyunçusu Tərzin Cahangirovla anlaşıblar. Litovçenko ilə mövsümün sonunadək, Manjqaladze və Cahangirovla isə bir illik müqaviləyə imza atılıb.


.
.
.
1.0632040500641