"Sumqayıt" FK-nın əvəzediciləri hazırlığı davam etdirir

22:08 16-01-2018
"Sumqayıt" FK-nın əvəzediciləri hazırlığı davam etdirir

“Sumqayıt” FK-nın əvəzediciləri çempionatın ikinci dövrəsi üçün hazırlıqlarını davam etdirir.
Sportmedia.az xəbər verir ki, komanda baş məşqçi Elbrus Məmmədovun rəhbərliyi altında gündə iki dəfə olmaqla “Kapital Bank Arena”da hazırlaşır. Səhər məşqində əsasən fiziki hazırlığa üstünlük verən məşqçi heyəti axşam hazırlığında isə taktiki gedişlər üzərində çalışır.
Qeyd edək ki, ötən həftə "Xəzər"lə qarşılaşan əvəzedici komanda plana əsasən hazırlıq mərhələsində daha 3 yoxlama görüşü keçirəcək. Elbrus Məmmədovun yetirmələri yanvarın 27-də "Şahdağ"la üz-üzə gələcək.


.
.
.
0.30350804328918