"Qəbələ"nin oyundan öncə son məşqi

09:12 17-01-2018
"Qəbələ"nin oyundan öncə son məşqi

“Qəbələ” 2017-2018-ci illər mövsümünün hazırlıqlarını Türkiyədə davam etdirir.
Sportmedia.az xəbər verir ki, “qırmızı-qaralar” Antalya toplanışının 12-ci gününü başa vurublar. Komanda günü bir məşqlə yekunlaşdırıb. Roman Qriqorçukun yetirmələri günün ikinci yarısına təsadüf edən hazırlıq prosesində toplu çalışmalara üstünlük verib.
Bu, yanvarın 5-də start götürən toplanışın 1-ci mərhələsində son məşq olub. Bugün İsveçrənin “Sürix” komandası ilə yoxlama matçı keçirəcək “qırmızı-qaralar” mərhələni başa vuraraq 3 günlük istirahətə buraxılacaq.


.
.
.