Baş məşqçinin brifinqi olacaq

13:21 18-01-2018
Baş məşqçinin brifinqi olacaq

Yanvarın 30-dan fevralın 10-dək Sloveniyanın Lyublyana şəhərində keçiriləcək Avropa çempionatının final mərhələsində iştirak edəcək futzal üzrə Azərbaycan milli komandası təlim-məşq toplanışını Bakıda davam etdirir.
Sportmedia.az xəbər verir ki, yanvarın 27-nə qədər paytaxtda hazırlıq keçəcək millinin yanvarın 19-da, Bakı İdman Sarayında keçiriləcək və saat 10:15-də başlayacaq məşqinin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq, həmçinin baş məşqçi Joze Alesio da Silvanın iştirakı ilə brifinq təşkil olunacaq.


.
.
.
0.5264720916748