“Məqsədimiz mərhələ adlamaqdır” - Joze Alesio Da Silva

13:01 19-01-2018
“Məqsədimiz mərhələ adlamaqdır” - Joze Alesio Da Silva

Yanvarın 30-dan fevralın 10-dək Sloveniyanın Lyublyana şəhərində təşkil olunacaq Avropa çempionatının final mərhələsində iştirak edəcək futzal üzrə Azərbaycan milli komandasının baş məşqçi Joze Alesio Da Silvanın və təcrübəli oyunçu Vitali Borisovun iştirakı ilə bu gün Bakı İdman Sarayında brifinq keçirilib.
Joze Alesio Da Silva (Azərbaycan millisinin baş məşqçisi): “Sabah 20 yanvar – Ümumxalq hüzn günüdür. Şəhidlərə Allahdan rəhmət diləyirəm. Hazırlığa gəldikdə, komanda yanvarın 10-dan məşqlərə başlayıb. Artıq karyerasını ölkə xaricində davam etdirən oyunçularımız da komandaya qoşulub. Yanvarın 23-də və 24-də İran millisi ilə Bakıda iki yoldaşlıq oyunu keçirəcəyik. Final mərhələsinə yollanacaq heyət bu qarşılaşmalardan sonra dəqiqləşəcək. Əsas məqsədimiz mərhələ adlamaqdır. Buna görə də Fransa ilə keçirəcəyimiz oyunun nəticəsindən çox şey asılıdır. Hətta bu qarşılaşmasını final oyunu kimi də xarakterizə edərdim. Digər rəqibimiz olan İspaniyanın qazandığı nəticələr, gücü hər kəsə məlumdur. Sadəcə ilk oyunda Fransa ilə qarşılaşacağımıza görə, bütün diqqətimi bu görüşə yönəltmişəm”.
Vitali Borisov: “Komandanın məşqlərinə 3 gün əvvəl qoşulmuşam. Maraqlı qrupumuz var. İspaniya və Fransa kimi komandalarla qarşılaşacağıq. Avropa çempionatında zəif rəqib olmur. Fransa millisi ilk dəfə bu cür yarışda iştirak etmək hüququ qazansa da, play-offda Xorvatiya kimi komandanı mübarizədən kənarlaşdırıb. Qrupumuzdakı hər bir komandanın növbəti mərhələyə yüksəlmək üçün 33 faiz şansı var. Hər şey oyunlar zamanı məlum olacaq. Hər bir komanda uda və ya uduza, bir-birindən xal ala bilər”.


.
.
.
0.3340380191803