"Arsenal"a nifrət edirəm" - Emmanuel Adebayor

15:38 19-01-2018
"Arsenal"a nifrət edirəm" - Emmanuel Adebayor

"Arsenal"ın sabiq oyunçusu, "Başakşəhər"də top qovan toqolu futbolçu Emmanuel Adebayor futbol dünyasının gündəmini zəbt edən açıqlama verib.
Sportmedia.az xəbər verir ki, 33 yaşlı forvard 2009-cu ildə "Arsenal"dan ayrılaraq "Mançester Siti"yə transfer olmasını belə xatırlayıb: "Arsen Vengerlə görüşdüm və klubdan ayrılmağımın lazım olduğunu söylədi. Mən də "Mançester Siti"yə transfer oldum. Bir gün sonra isə Venger mətbuat konfransında pulu seçdiyimi və bu səbəbdən komandadan ayrıldığımı açıqladı. Buna görə "Arsenal"a nifrət edirəm. Lakin azarkeşlərinə nifrət etmirəm. Klubun matçlarına baxanda həm qalib gəlməsini, həm də uduzmasını istəyirəm. Hələ də əsəbiyəm".
Qeyd edək ki, 2006/09-cu illərdə "topçular"ın şərəfini qorumuş Adebayor "şəhərlilər"ə 29,5 milyon avro qarşılığında transfer olmuşdu.


.
.
.
0.50845384597778