U-19 Antalyada 3 yoldaşlıq oyunu keçirəcək

16:50 19-01-2018
U-19 Antalyada 3 yoldaşlıq oyunu keçirəcək

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yanvarın 21-dən 31-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirəcək.
Sportmedia.az xəbər verir ki, hazırlıq müddətində U-19 yanvarın 24-də və 28-də Kosovonun müvafiq yaş qrupundan ibarət yığması, yanvarın 30-da isə “Krasnodar” klubunun əvəzedici komandası ilə yoldaşlıq oyunu keçirəcək. Kosovo millisi ilə oyunlar yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə saat 19:00-da), sonuncu qarşılaşma isə saat 15:00-da (Bakı vaxtı ilə saat 16:00-da) başlayacaq. Toplanışa dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:
№ AD, SOYAD KLUB
1 Nicat Mehbəliyev Qarabağ FK
2 Nail Alışov PFK Neftçi
3 Ayxan Arazlı Qəbələ İK
4 Elnur Ibrahimov Spartak-2 (Moskva, Rusiya)
5 Zahid Mərdanov FK Səbail
6 Fərid Nadirov Qəbələ İK
7 İbrahim Hüseynov Qarabağ FK
8 Elçin Mustafayev FK Səbail
9 Rauf Hüseynli Qarabağ FK
10 Kamran Məmmədov FK Səbail
11 Sərcan Ömərov Keşlə FK
12 Rüstəm Nuriyev Qəbələ İK
13 Səbuhi Abdullazadə FK Sumqayıt
14 Kamran Quliyev Qəbələ İK
15 Tolqar Yaqubov FK Səbail
16 Turan Vəlizadə Qarabağ FK
17 Tural Bayramov Qarabağ FK
18 Tahir Zeynalov FK Səbail
19 Elvin Cəfərquliyev Keşlə FK
20 Şakir Seyidov FK Səbail
21 Samir Qurbanov Qəbələ İK
22 Emil Qasımov FK Səbail
23 Xəqani Sadıqov Qarabağ FK
24 Məhəmməd Məhərrəmov Qəbələ İK


.
.
.
0.4081859588623