Pərviz Abdullayev Mersindən qələbə ilə dönür

21:57 19-01-2018
Pərviz Abdullayev Mersindən qələbə ilə dönür

“Qəbələ” İdman Klubunun döyüşçüsü Pərviz Abdullayev növbəti qələbəsini qazanıb.
Sportmedia.az xəbər verir ki, idmançı bu dəfə Türkiyədə uğur əldə edib. O, Mersin şəhərində təşkil olunan muay-tay yarışında qüvvəsini sınayıb. 75 kq çəki dərəcəsində çıxış edən Abdullayev Türkiyə təmsilçisi İsmayıl Uzuner ilə qarşılaşıb. Pərviz bu döyüşdə qalib gələrək, rinqi qələbə ilə tərk edib.


.
.
.
0.33387088775635