20 Yanvar faciəsi Türkiyədə “Kəpəz”in düşərgəsində yad olundu

13:34 20-01-2018
20 Yanvar faciəsi Türkiyədə “Kəpəz”in düşərgəsində yad olundu

Türkiyədə təlim-məşq toplanışında olan “Kəpəz”in səhər məşqindən öncə 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçirilib. Əvvəlcə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olunub.
Sportmedia.az xəbər verir ki, komandanın baş məşqçisi Yunis Hüseynov qanlı hadisə ilə bağlı fikirlərini bölüşərək 20 Yanvarın xalqımızın azadlıq mübarizəsində xüsusi rol oynadığını bildirib. Təcrübəli mütəxəssis bu faciə ilə bağlı legionerləri məlumatlandırmaqla “qanlı şənbə gecəsi”nin tariximizin şərəf və qəhrəmanlıq səhifəsi olduğunu söyləyib.
Futbolçular 20 Yanvar faciəsinin əsla unudulmayacağını və xalqımızın qan yaddaşında əbədi yaşayacağını vurğulayıblar.


.
.
.
0.38304710388184