“Qalatasaray”da yeni prezident

10:45 21-01-2018
“Qalatasaray”da yeni prezident

“Qalatasaray”da növbədənkənar konfrans keçirilib.
Sportmedia.az xəbər verir ki, konfransda klubun yeni prezidenti də seçilib.
Hazırkı prezident Dursun Özbək Mustafa Cengizin yarışdığı səsvermədə ikinci olub. O, "Qalatasaray"ın 37-ci prezidenti olub.
1623 səs yığan Özbək 1703 səs toplayan Cengizə postunu təhvil verib.
Qeyd edək ki, Dursun Özbək 2015-ci ildən “Qalatasaray”a rəhbərlik edirdi.


.
.
.
0.60561299324036