U-21 yığmamızın ikinci sınağı

14:24 21-01-2018
U-21 yığmamızın ikinci sınağı

Bu gün Azərbaycanın U-21 millisi növbəti yoxlama oyununu keçirəcək.
Sportmedia.az xəbər verir ki, Rəşad Sadıqovun yetirmələri Albaniya yığması ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Bu, U-21 millimizin Antalyada ikinci sınağı olacaq. Yığmamız Türkiyədəki ilk yoxlama oyununda “Alanyaspor”dan olan həmyaşıdlarına 3:1 hesabıyla qalib gəlmişdi.
21 yanvar
Azərbaycan (U-21) - Albaniya (U-21)


.
.
.
0.31970405578613