“Kəpəz” ilk yoxlama oyununda heç-heçə etdi

18:53 22-01-2018
“Kəpəz” ilk yoxlama oyununda heç-heçə etdi

Türkiyədə təlim-məşq toplanışında olan “Kəpəz” bu gün ilk yoxlama oyununa çıxıb.
Sportmedia.az xəbər verir ki, “sarı-göylər”in rəqibi “Viitorul” klubu olub. Matç 1:1 hesabı ilə yekunlaşıb. Rumıniya təmsilçisi ilə görüşdə gəncəlilərin qolunu kapitan Şəhriyar Rəhimov vurub.
Komanda növbəti yoxlama matçında Cənubi Koreyanın “Daejeon Citizen” klubu ilə qarşılaşacaq. Bu oyun yanvarın 25-də keçiriləcək.


.
.
.
0.39360785484314