"Sumqayıt" FK-nın əvəzediciləri "Uğur"la yoxlama oyunu keçirəcək

19:22 22-01-2018
"Sumqayıt" FK-nın əvəzediciləri "Uğur"la yoxlama oyunu keçirəcək

"Sumqayıt" FK-nın əvəzedici komandası mövsümün 2-ci yarısı üçün hazırlıqlarını davam etdirir.
Sportmedia.az xəbər verir ki, Elbrus Məmmədovun yetirmələri gündə 2 dəfə olmaqla "Kapital Bank Arena"da məşq edir. Hazırlıq prosesi çərçivəsində komanda növbəti yoxlama oyununda qüvvəsini sınayacaq. İlk yoxlama görüşündə I divizion təmsilçisi "Xəzər"i məğlub edən əvəzedicilər sabah Region Liqası təmsilçisi "Uğur"la "Kapital Bank Arena"da üz-üzə gələcək. Qarşılaşma saat 14:00-da start götürəcək.
Bundan başqa, "Sumqayıt" FK-nın U-19 komandası da növbəti yoxlama oyununu keçirəcək. Aqil Məmmədovun yetirmələri yanvarın 25-i "Kapital Bank Arena"da "Şərur"la qarşılaşacaq. Oyun saat 14:00-da başlayacaq.


.
.
.
0.31934094429016