Azərbaycan - İran: Məşqçi fikirləri

08:26 24-01-2018
Azərbaycan - İran: Məşqçi fikirləri

Bakıda futzal üzrə Azərbaycan və İran komandaları arasında yoldaşlıq oyunu keçirildi.
Sportmedia.az qarşılaşmadan sonra hər iki yığmanın baş məşqçisinin səsləndirdiyi fikirləri diqqətinizə çatdırır:
Joze Alesio Da Silva (Azərbaycan millisinin baş məşqçisi): “Deməzdim ki, nəticə bizim üçün vacib deyildi. Həm yaxşı nəticə, həm də oyun təcrübəsi qazanmaq istəyirdik. Çünki komanda üzvlərinin əksəriyyəti bir aya yaxındır heç bir rəsmi oyunda iştirak etmirdilər. Ona görə də, komandada olan futzalçıların hamısına şans verdim ki, bundan maksimum istifadə etsinlər. Əsas odur ki, oyun intizamından qopmadıq, bir neçə “ev tapşırığı”nı sınadıq. Komandamın oyunu məni qane etdi. Verdiyim tapşırıqları yerinə yetirə bildirlər. Rəqibimiz kifayət qədər güclü komandadır. Üstəlik, İranla Fransa yığmasının oyun planında oxşar cəhətləri çoxdur. İran millisinin heyətində fərdi qabiliyyətinə görə seçilən oyunçuları var”.
Mohammad Nazemalşarieh (İran millisinin baş məşqçisi): “Maraqlı və çətin oyun keçdi. Hər iki komanda taktiki planda ağıllı oynadı, yaxşı hücumlar qurdu. Bildiyiniz kimi, biz də Asiya çempionatının oyunlarına hazırlaşırıq. Çalışdıq səhvlərimizi aşkara çıxaraq, axsadığımız cəhətlərimizi təsbit edək. Müəyyən səhvlər oldu. İkinci oyunda daha yaxşı oynayacağımıza ümid edirəm”.


.
.
.