Yoldaşlıq oyunu ilə bağlı ilkin razılıq

15:50 25-01-2018
Yoldaşlıq oyunu ilə bağlı ilkin razılıq

Azərbaycan yığması Makedoniya millisi ilə yoxlama oyununda qarşılaşa bilər.
Sportmedia.az xəbər verir ki, martın 27-də Türkiyənin Antalya şəhərində Azərbaycan və Makedoniya yığma komandaları arasında yoxlama matçının keçirilməsi barədə AFFA və Makedoniya Futbol Federasiyası arasında ilkin razılıq əldə olunub.
Millimiz yanvarın 30-da Moldova ilə qarşılaşacaq.
Azərbaycan yığması fevralın 2-də Kosovo millisi ilə yoxlama matçı keçirməli idi. Amma UEFA Millətlər Liqasında hər iki komandanın eyni qrupa düşməsindən sonra bu görüş ləğv edildi.


.
.
.
0.3989520072937