"Ulduz" Çempionlar Liqasında çıxış edəcək

14:02 26-01-2018
"Ulduz" Çempionlar Liqasında çıxış edəcək

İspaniyanın Alcalа de Henares şəhərində eşitməqüsurlu əlillərdən ibarət komandalar arasında yanvarın 30-dan fevralın 3-dək V Çempionlar Liqasının oyunları keçiriləcək.
Sportmedia.az xəbər verir ki, turnirdə eşitməqüsurlu əlillərdən ibarət komandalar arasında Azərbaycan çemionatının qalibi "Ulduz" futzal komandası iştirak edəcək. Püşkün nəticəsinə görə, D qrupunda yer alan təmsilçimizin rəqibləri Belçikanın “Zebre Çarleroi”, Slovakiyanın “Nove Zamky”, İtaliyanın “Real E Non Solo” və İspaniyanın “Alcala De Henares” komandaları olacaq. “Ulduz” yanvarın 30-da, Bakı vaxtı ilə saat 12:00-da “Real E Non Solo”, saat 16:00-da isə “Nove Zamky”, yanvarın 31-də saat 13:00-da “Alcala De Henares”, saat 18:00-da “Zebre Çarleroi” komandası ilə qarşılaşacaq. Fevralın 1-də ¼, ertəsi gün yarımfinal, fevarlın 3-də isə üçüncü yer və final oyunu keçiriləcək.


.
.
.
0.30639696121216