"Qəbələ"dən tək məşq

23:56 28-01-2018
"Qəbələ"dən tək məşq

2017-2018-ci illər mövsümünün hazırlıqlarını davam etdirən “Qəbələ” Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışının növbəti gününü başa vurub.
Sportmedia.az xəbər verir ki, “qırmızı-qaralar” hazırlığın ikinci mərhələsinin 8-ci gününü tək məşqlə yekunlaşdırıb. Baş məşqçi Roman Qriqorçukun rəhbərliyi altında baş tutan məşq prosesi meydançada gerçəkləşib. Günün yeganə hazırlığı zamanı futbolçular müxtəlif qruplara bölünərək məşq keçib. Onlar toplu və topsuz çalışmaları yerinə yetirib.


.
.
.
0.31450605392456