“Kəpəz”in üzvləri üçün seminar keçirildi

17:30 30-01-2018
“Kəpəz”in üzvləri üçün seminar keçirildi

Antalyada təlim-məşq toplanışında olan “Kəpəz”in əsas komandasının üzvləri üçün hakimlər tərəfindən seminar keçirilib.
Sportmedia.az xəbər verir ki, seminarda eyni məqsədlə Türkiyədə olan ədalət təmsilçilərindən baş hakim İnqilab Məmmədov və yan xətt hakimi Mübariz Haşımov iştirak edib. Onlar oyun qaydaları barədə ətraflı məlumatlar verərək, iştirakçıları maraqlandıran sualları cavablandırıblar. Mübahisə doğuran müxtəlif oyun epizodları ilə bağlı müzakirələr aparılıb.


.
.
.
0.31035614013672