“Qalatasaray” yapon futbolçu transfer etdi

13:22 01-02-2018
“Qalatasaray” yapon futbolçu transfer etdi

Türkiyənin “Qalatasaray” komandası heyətini yeni futbolçu ilə gücləndirib.
Sportmedia.az xəbər verir ki, İstanbul nəhəngi İtaliyanın “İnter” klubunun müdafiəçisi Yuto Naqatomonu transfer edib. Bu barədə məlumatı Super Liqa klubunun rəsmi saytı yayıb.
Məlumatda bildirilir ki, yaponiyalı oyunçu Milan təmsilçisindən mövsümün sonuna qədər icarəyə götürülüb. Buna görə Türkiyə komandası İtaliya təmsilçisinə 700 min avro ödəyəcək. Futbolçunun özü isə yarım mövsüm ərzində 850 min avro qazanc əldə edəcək.
Yaponiya yığmasında 100-dən çox matç keçirmiş Naqatomo “İnter”də 2011-ci ildən çıxış edir. 31 yaşlı müdafiəçi bu müddət ərzində Milan komandası ilə 210 qarşılaşmaya çıxıb, 11 qol vurub, 18 məhsuldar ötürmə ilə yadda qalıb.


.
.
.
0.3523530960083