"Qəbələ"nin əvəzediciləri Gürcüstan toplanışını başa vurdu

09:48 02-02-2018
"Qəbələ"nin əvəzediciləri Gürcüstan toplanışını başa vurdu

“Qəbələ”nin əvəzedici komandası Gürcüstan toplanışında növbəti yoxlama oyununu keçirib.
Sportmedia.az xəbər verir ki, Tiflisdəki hazırlıq çərçivəsində keçirdiyi ilk iki oyunda yerli “VİT-Corciya” (0:2) və “Saburtalo”nun əvəzedici komandası (1:0) ilə görüşən “qırmızı-qaralar” daha bir paytaxt təmsilçisi isə üz-üzə gəliblər. Komanda “Lokomotiv”in əvəzediciləri ilə görüşüb. Qarşılaşmada 1 qol vurulub. Matçın 4-cü dəqiqəsində erkən qola sevinən meydan sahibləri minimal hesabla qalib gəliblər – 1:0. Buraxılan topdan sonra üstünlüyü ələ alan “Qəbələ” çoxsaylı qol imkanları əldə etsə də, rəqib qapısına yol tapa bilməyib.
Yanvarın 26-da start götürən təlim-məşq toplanışını başa vuran əvəzedicilər bu gün vətənə dönür. Emin İmaməliyevin baş məşqçisi olduğu komanda üç günlük istirahətə buraxılacaq. Əvəzedicilər 2017-2018-ci illər mövsümünün ikinci yarısının hazırlığını fevralın 5-də Qəbələdə bərpa edəcək.


.
.
.
0.55676484107971