Millimiz bu gün ilk oyununu keçirəcək

10:51 02-02-2018
Millimiz bu gün ilk oyununu keçirəcək

Futzal üzrə Azərbaycan millisi Sloveniyada təşkil edilən Avropa çempionatının final mərhələsində bu gün ilk oyununu keçirəcək.
Sportmedia.az xəbər verir ki, komandamız Lyublyanadakı “Stojice Arena”da Fransa millisi ilə qarşılaşacaq. Yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə saat 21:00-da) başlayacaq və CBC Sport televiziya kanalında canlı yayımlanacaq oyunu Angelo Qalante (İtaliya), Alessandro Malfer (İtaliya), Ondrej Cernidən (Çexiya) ibarət hakimlər briqadası idarə edəcək.


.
.
.
0.84322214126587